Hüquq ixtisası üzrə təhsil alan bakalavrlar, magistrlar və ya ixtisası üzrə işləmək istəyən digər şəxslərə təcrübə qazanmaq məqsədilə aşağıdakı xidmətlər təklif olunur:
- Mürəkkəb hüquqi vəziyyətə tənqidi təfəkkür, təhlili yanaşma prinsiplərinə əsaslanan hüquqi və psixoloji mədəniyyətin formalaşdırılması;
- İnsanların hüquq və azadlıqlarının qorunması sahəsində ən zəruri ehtiyac və tələbələrin öyrənilməsinə yardım, peşəkar əxlaqa, qanunun aliliyinə, vətəndaşların şərəf və ləyaqətinə hörmət, tapşırılan işə, insanların talelərinə məsuliyyətlə yanaşmanı təmin edən və İnsanların hüquq və azadlıqlarının qorunması sahəsində davamlı, düzgün istiqamətli təcrübə keçmələrinin təşkili;
- Hüquqi məlumatlandırma – mürəkkəb hüquqi vəziyyətlərin yaranmasına və onların aradan qaldırılmasına dair dolğun, etibarlı, dürüst, asan başa düşülən hüquqi məlumatın verilməsinin təmini;
- Yaranmış istənilən mürəkkəb hüquqi vəziyyətlə əlaqədar bütün hüquqi çıxış yollarını və həmin yolların hüquqi nəticələrini birlikdə müzakirə etmək, hər bir yolu ayrı-ayrılıqda tədqiq etmək və hər birinin nəticəsini birlikdə dəyərləndirmək;
- İnsanların hüquq və azadlıqlarının həyata keçirilməsi və qorunmasına yönəldilmiş zəruri hüquqi sənədlərin tərtibi formalarını öyrətmək;
- Hüquq sahəsinə dair digər biliklərin öyrədilməsi, bunun nəticəsində sifarişçinin özü tərəfindən hüquqi mürəkkəb vəziyyətlərin baş verməsinin qarşısını almağı və belə vəziyyətlər yaranarsa müstəqil şəkildə həmin vəziyyətləri öz xeyrinə dəyişmək bacarığına nail olmaq bacarığını aşılamaq.
Xidmətlər müqavilə əsasında həyata keçirilir.