Xidmətlərimiz 
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər bir fiziki və hüquqi şəxs üçün ştatda hüquqşünas saxlamaq iqtisadi baxımdan məqsədəmüvafiq hesab edilmir. Həmçinin hər hansı bir hüquqşünas ayrılıqda və eyni zamanda vergi, mülki, cinayət, əmək, ailə, vərəsəlik, gömrük, və sair hüquq sahələrini üzrə səmərəli müdafiəni həyata keçirə bilməz.Həmin səbəbdən “MƏQAM-M” MMC-nin hüquqi xidmət göstərməyə müvafiq icazəsi olan, səriştəli hüquqşünasları hüquq xidmətlərinin icraçısı olaraq sizə sərfəli şərtlərlə aşağıdakıları təklif edir:
Sizin və ailə üzvlərinizin hüquqi nümayəndəsi olmaqla müxtəlif dövlət orqanlarında, ictimai təşkilatlarda, yerli idarəetmə orqanlarında, məhkəmələrdə maraqlarından çıxış etmək, hüquqlarınızı müdafiə etmək.
Azərbaycan Respublikası qanunvericiliyi, o cümlədən vergi, mülki, cinayət, əmək, ailə, vərəsəlik, gömrük və sair sahələr üzrə və xarici dövlətlərin qanunvericiliyi ilə əlaqədar olaraq şərhlər, izahatlar vermək, çıxarışlar təqdim etmək; Azərbaycan Respublikasının ərazisində qüvvədə olan qanunların tətbiqi üzrə məsləhətlər vermək;
Məhkəmələrdə iddialar qaldırmaq, pozulmuş hüquqlarınızın bərpası üçün qanunla qadağan olunmayan bütün imkanlardan istifadə etməklə, cinayət işləri üzrə zərərçəkmiş şəxsin, şahidin nümayəndəsi kimi istintaq orqanlarında və məhkəmələrdə hüquqlarınızın müdafiəsini təmin etmək,
Audit və sair xidmətlərin göstərilməsinə vasitəçilik etmək; ixtiraçılıq, patent və müəlliflik hüquqlarının tanınmasına və bərpasına nail olmaq.
Cəmiyyətin hüquqşünasları kommersiya layihələrinin həyata keçirilməsi ilə əlaqədar olaraq Sizə mümkün qədər dəqiq məlumat verməyə çalışacaqlar. Bu məlumatlar Sizin kommersiya qərarlarını qəbul etdiyiniz zaman ortaya çıxa biləcək hər hansı maneə və təhlükələr barədə tam məlumatlara malik olmağınıza zəmin yaradacaqdır.