"Meqam-M" MMC

11 B.Bunyadov, Sabunchu region, Baku/Azerbaijan
AZ 1040
(+99412) 4250830
(+99450) 4110606
office@meqam-m.com

“Məqam-M” hüquq firması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq 10 iyul 2006-cı il tarixində təşkil edilmiş və Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır.

“Məqam-M” hüquq firması öz fəaliyyətini hüquqi konsaltinq və müştərilərin mənafelərinin dövlət və qeyri-dövlət strukturlarında təmsil edilməsi sahələrində aparır

Firmanın etibarlılığı və onun əməkdaşlarının yüksək peşəkarlığı nəticəsində müraciət edən müştərilərdən çoxu daimi müştərilərə çevrilmişdir.

Firmanın imkanlarından istər Azərbaycan istərsə də xarici dövlətlərin vətəndaşları istifadə edə bilərlər.

“Məqam-M” hüquq firması tərəfindən göstərilən xidmətlər geniş və çoxşaxəlidir.

Firmanın əsas məqsədi yüksək keyfiyyətli hüquqi xidmətlərin göstərilməsi və müraciət edən vətəndaşların hüquq və maraqlarının yüksək səviyyədə müdafiəsindən ibarətdir.

Müştərilərimizə xidmət göstərərkən, onlar tərəfindən qanunun düzgün istifadə olunmaması ilə əlaqədar müştəriyə dəyə biləcək zərər barədə məlumat veririk və gücümüzü həmin zərərin qarşısını almağa yönəldirik.

Yüksək peşəkarlıq, məsuliyyət, məsələyə individual yanaşma, yüksək dərəcəli hüquqi xidmətlərin göstərilməsi “Məqam-M” hüquq firmasının siyasətinin əsas məğzini təşkil edir.

Homepage

This list is empty.

News

Qarabağ müharibəsi şəhidlərinin və müharibə məşəqqətlərinə məhkum olun­muş­ların əziz xatirəsinə ithaf edirəm.

ÖN SÖZ

    «Dünya Xocalı barədə bilməlidir ki, bu cür qətllər

və cinayətlər heç yerdə təkrar olunmasın».

2008-ci il mayın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xo­ca­lıya ədalət” beynəlxalq kampaniyası məhz bu məqsədlə baş­lan­mışdır. Ona görə başlanmışdır ki, faciə barədə dünya icti­maiy­yəti məlumatlandırılsın. İnsanlar məlumatlandırılsın ki, ana əli ilə boğularaq kəsilən körpə səsinin, şeytan qəhqəhəsi ilə əvəzlənməsinə imkan verməsinlər.

Kitabın yazılmasına səbəb bu müqəddəs amillə yanaşı, Xo­ca­vənd rayonu Qaradağlı kəndində baş vermiş faciənin diqqətdən kə­nar­da qalması və az öyrənilməsi olmuşdur.

«Müstəntiqin etirafı» kimi adlandırma oxucunu vahimə­lən­­dirməməli, iztirablara düçar etməməlidir. Əksinə biz aldan­mamalı, qorxmamalıyıq.

Doğrudur hər bir romanın müsbət və mənfi qəhrəmanları ol­ma­lıdır. Çünki real həyatın motivlərini daşıyan istənilən əsər möv­cud dünyada yaşayan müxtəlif insanların prototiplərini yaradır. Hə­ya­tın özünün də ayrıca qəhrəmanları var. İnsanlar o qəhrəmanları se­virlər və müəyyən mənada onlara oxşamağa çalışırlar. Lakin bu ro­manın isə müsbət və ya mənfi qəhrəmanı yoxdur – zamandan başqa.

İnsanlarla əylənən və onları əyləndirən zaman. Zaman sərhəd tanımır. Onun üçün qəhrəmanlar yoxdur. Onun sadəcə yol­­çuları var. İnsana elə gəlir ki, o yaşadıqca zamana qalib gəlir. “Bu gün də belə ötdü” deyən insan zamanın hiyləsini an­la­mır. Zaman insanlarla əy­lə­nir, həyatın bir hissəsini yola salan in­sanlara yeni bir hissəsini bəxş edərək onları yaşamağa şövq­ləndirir. Mövcudluğundan sevi­nən insanları gah ağladır, gah da güldürür.

Ağrı-acıya məruz qalan insanlar: “Bu da keçər” – deyərək özlərinə təsəlli verirlər. Sevincli anlarında isə zaman yolçu­luq­la­rına sevinir, əvvəlki ağrı-acılarını bir anlığa da olsa, unu­dur­lar. Heç bir insan daim ağlamır və ya daim gülmür. Qar­şı­dan gə­lən və onlara nəsib olacaq həyata etinasız yanaşırlar. Zaman in­sanların bu etina­sız­lıqlarını özü bildiyi kimi cəza­lan­dırır. Ağ­layanı güldürür, güləni ağ­ladır. Heç bir insana daimi xoş­bəxtlik nəsib etmir. Ədalətli tarazlığa nail olmaq üçün birini verəndə, birini alır.

Zaman hər bir insanı öz təsir dairəsinə daxil etməyi və onu nəzarətdə saxlamağı bacarır. Heç bir insan zamansız yaşa­ya bilməz.

Zamanın ədalətli pay bölgüsündə mərhəmət və ya aman­sız­lıq olmur. Zaman yolçuluğunun çətin və asan keçidləri olur. Bu yolçuluğun çətinliyini çəkən insanlardan zaman asanlıqla ayrıl­mağı bacarır. Ayrılanın zaman olduğunu, yoxsa insanın za­mandan ayrıldığını isə heç kim dəqiq bilmir.

Uşaq ikən oxuduğumuz “Məlikməmmədin nağılı” adlı nağıl­dakı otaqlar və baş verən hadisələr də, bəlkə, elə zamanın öz yaradıcılığından kənarda deyildi. Nağılda Məlikməmmədin qar­şısına 40 otaq açılır. Bir-birinin ardınca açılan otaqların bə­zi­lərində insanı şövqləndirən, izahedilməz şəkildə onlara sevinc bəxş edən qızıl-zinət əşyaları, digərlərində dəhşət doğu­ran qor­xulu varlıqlar... Harada qorxulu varlıqlar varsa, orada torpaq in­san qanına boyanır, analar göz yaşından boğulur, məhəbbət mə­bəd­ləri dağıdılır.

Sonuncu otaqda isə saçından asılmış, adətən qəhrəman­ların hədiyyəsi kimi səciyyələndirilən gözəl simalı və ləyaqətli bir qa­dın... Nağılda Məlikməmməd gələnədək otaqların hamı­sın­dan salamat çıxıb, sonadək yolçuluğunu davam etdirə bilən qəhrəman olmamışdır. Niyə zaman özünün ali hədiyyəsi kimi qəh­rəmana sonuncu otaqda saçından asılmış bir qadını təqdim etmişdi? İnsana verilən ən böyük hədiyyənin elə insanın özü oldu­ğunu anlatmaq üçün? Bəlkə də, zaman öz yolçuluğuna qə­bul etdiyi insanlara sı­naqları özü hazırlayır və bu sınaqların çətinliyini nəzərə alaraq, çə­tin sınaqdan köməkli, birgə çıxmaq üçün bir insanı digərinə hədiyyə kimi bəxş edir....

Zamanın insana hədiyyəsi bununla bitirmi? Onda hansı səbəbdən zaman belə çətin yolu seçir? İnsanın insana gərəkli olduğunu bilmək üçün onları sınağa çəkməyə ehtiyac var ki? Niyə zaman bir anlığa da olsa, zaman yolçuluğunu dayandırmır ki, insanlar bir-birlərinə necə lazım olduqlarını anlasınlar, bir-birlərini ilahi məhəbbətlə sevməyi bacarsınlar.

Bəs nədən zaman bunun üçün Məlikməmməd nağılındakı otaqların birində Yer kürəsini uzaqdan görməyə imkan yaradan bir vasitə quraşdırmayıb ki, zaman yolçuluğunda qəhrəman olmaq istə­yən hər bir kəs bir anlığa da olsa, uzaqdan Yer kürəsi adlandırılan beşiyimizi görsün, insan olduğunu anlamaq üçün öz istəklərinin bu kürəni kainatda asılı saxlamağa qadir olan ilahi qüdrətdən asılı olduğunu, nağıl otaqlarındakı qızıl-zinətin əhəmiyyətsizliyini dərk etsin. Bəlkə, zaman öz əyləncəsini itir­mək­dən, başqa məkana köçüb getmək məcburiyyətində qal­maq­dan qorxur...

Bəli, əsl qəhrəmanlarla biz həyatda təsadüfən rastlaşırıq. Bəl­kə, bunun əsas səbəbi qəhrəmanlar üçün hədiyyələrin sayı­nın az olma­sıdır. Bəlkə, zaman qəhrəmanları axtarıb tapmaq üçün ilkin olaraq onlara insan münasibətlərinə diqqət yetirməyi töv­siyə edir. “İnsanlığı sevməyəndən qəhrəman olmur!” – de­mək istəyir.

Zaman yolçusu olan insana elə gəlir ki, o, həyatını özü seçir. Qorxu və günahkarlığını hiss edirsə, bu onun cəzasıdır. Qor­­xusuzdursa, deməli, cəsurdur. Həyat mübarizə aparmağı tələb edir. Cəsurluğu sayəsində mübarizədə qalib gələrsə, qəh­rə­­manlar sırasına daxil olur. Bu, onun şəxsi qələbəsidir və o, ən ali hədiyyəyə layiqdir. Ondan arxada qalanlar isə uğursuz və bədbəxtdirlər. Bəzən belə “qəhrəmanlar” zaman kəsiyində na­ğıl otaqlarındakı qorxulu var­lıqlar qismində çıxış etdiklərinin belə fərqində olmurlar.

Zaman yolçuluğu Məlikməmməd nağılındakı otaqlara səya­hətdən başqa bir məna vermir? Kimisi yolçuluğun əv­və­lin­də nağıl otaqlarının əvvəlki sıralarında qorxulu varlıqlarla rast­la­şır, kimisi yolçuluğun ortasında və ya sonunda... Nəti­cədə, za­manın mövcud olmadığı bir məkana köçürlər. Zamanın olma­dığı yer bizim yuxu­ları­mızdır? Bəs niyə yuxudan oyan­mamaqdan qorxur, oyananda isə sevinirik? Bəlkə, bizim yuxularımız mənəviyyatımızdır? Bəlkə, buna görə deyirlər ki, daxili zənginlik zahirdən görünür? Daxilimiz zamansızdır? Bəlkə, həyat mübarizəsi daxili hisslərimizin zamanın şıltaqlığı ilə mübarizəsidir. Bəlkə, bizim zaman yolçuluğunda qəhrəman kimi qəbul etdiklərimiz sadəcə olaraq zaman əyləncəsinin şərt­lə­rini qəbul edib axıradək öz rollarını uğurla ifa edənlərdir...

“Yolçuluğun çətinliyini çəkən insanlardan zaman asan­lıqla ayrılmağı bacarır!” - deyirik. Bəlkə, zaman öz yolçularını ayırmır, yolçular öz seçimini edir? Elə bir yolu seçirlər ki, ora­da qorxulu varlıqlar olmur. Kiminləsə mübarizə aparmağa, bi­rinci olmağa can atmağa da ehtiyac olmur. Elə bir yol ki, bu yo­lun yolçuları daxili aləmlərini anlamağa daha çox meyl­li­dir­lər və bunda çox israr edirlər. Bu yol qəribəliyi ilə fərqlənir. Hə­min yolun yolçularına ad verilmir, gördüyü işə görə də haqq ödə­nilmir. Həmin yolçuluqda vəzifə, şan-şöhrət, pul, digər imtiyazlar yoxdur. Bu yolda insan özünü tapır. İnsan özü-özünü tapanda başa düşür ki, bunun üçün uzağa getmək, əldə olunan uğurlara söykənərək öyünmək lazım deyilmiş. Sadəcə ürəyin səsinə qulaq asmaq lazımdır. Ancaq o zaman insan özünü başa düşür. İnsan özü-özünü tapanda nəyi başa düşür ki? Bunu anlatmaq mümkünsüzdür. Lakin əmin olun ki, özünüz bunu başa düşəcəksiniz. Son anda mütləq biləcəksiniz. Özünü anlamaq üçün hər bir insana son anda olsa belə bu yolçuluğa – ölüm yolçuluğuna dəvət verilir. Bəlkə, sonu olan bu yolçuluq bizi daxilimizə və ya yuxularımıza aparır? Elədirsə, hər kəsə şərəfli yolçuluqlar!!!

Müəllifdən

Əsərin tam mətnini əldə etmək üçün aşağıdakı linkə tıklayın:

www.boxca.com/26gdc8ozit48/MUSTENTIQIN_ETIRAFI__1_.pdf.html