"Meqam-M" MMC

11 B.Bunyadov, Sabunchu region, Baku/Azerbaijan
AZ 1040
(+99412) 4250830
(+99450) 4110606
office@meqam-m.com

Əməkdaşlarımız

 

Direktor - Məmməd Abbas oğlu Quliyev 

5 avqust 1959-cu ildə Ordubad şəhərində anadan olmuşdur. Rusiya Federasiyasının nüfuzlu təhsil müəssisələrindən olan Uzaq Şərq Dövlət Universitetinin hüquq fakültəsinin məzunudur.

Uzun müddət Azərbaycan Respublikası prokurorluq və vergi orqanlarında fəaliyyət göstərmişdir. Bu dövr ərzində həm də pedaqoji fəaliyyətlə məşğul olmuş və ixtisasına uyğun olaraq, bir neçə fənn tədris etmişdir.

Məmməd Quliyev “Avropa hüququ” adlı elmi-tədqiqat əsərinin, “Azərbaycan diasporasının tarixi, inkişaf mərhələləri və xüsusiyyətləri”, “Mütəşəkkil cinayətkarlıq və beynəlxalq terrorizmə qarşı mübarizə”, “Sahibkarlıqda təhlükəsizlik məsələləri” kimi aktual mövzularda bir sıra monoqrafiyaların və elmi-analitik jurnallar və qəzetlərdə dərc olunan bir neçə məqalənin müəllifidir.