"Due Diligence" xidməti
“MƏQAM – M” hüquq firması yerli sahibkarlar və xarici hüquqi şəxslərə “DueD” və ya “DD” (“Legal Due Diligence”) xidmətini təklif edir :
Zəruri təhlil kimi ifadə edilən “DD” xidmətinin əsas mahiyyətini hər hansı bir sahibkarın öz xahişi ilə fəaliyyətinin bütün istiqamətlərdə araşdırılması təşkil edir. Daha dəqiq desək, firmanın faəliyyətinin təşkil edilməsi ilə bağlı təhlillərin aparılması, mümkün risk və təhlükələrin hesablanması və səmərəli fəaliyyətin həyata keçirilməsi ilə bağlı gələcəyə dair proqnozların verilməsi “Due Diligence” xidmətində öz əksini tapmışdır.
«Due Diligence» xidmətinin həyata keçirilməsində məqsəd – sahibkarlıq fəaliyyətinin maliyyə mənbələri və ümumi müdafiəsinin zəiflədilməsinə istiqamətlənən daxili və xarici təhdidlərin müəyyənləşdirilməsi və onların aradan qaldırılması məqsədilə preventiv tədbirlərin görülməsidir.
“Legal DueD” xidməti vasitəsilə aradan qaldırılması nəzərdə tutulan mümkün təhlükələri aşağıdakı şəkildə xarakterizə etmək olar:
1. Müəssisəni (və ya pay paketini) real olmayan qiymətə almaq;
2. Qarşılıqlı əlaqədə olan fiziki və hüquqi şəxslərin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi;
3. Əmlakın və digər maddi dəyərlərin (pulun) itirilməsi;
4. Birbaşa zərərə düşmək təhlükəsi və ya qeyri -maddi aktivlərə (işgüzar nüfuza) dəyə biləcək zərər;
5. Məhkəmə çəkişməsinə cəlb olunmaq və müvafiq nəticələrə məruz qalmaq;
6. Əmlak üzərinə həbs qoyulması və digər təsirlərə məruz qalmaq;
7. Əqdlərin və ya müqavilə öhdəliklərinin ləğv olunması;
8. Vergi, inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmaq;
9. Fərdi sahibkarlıq maraqlarının toqquşması (əmlakın müsadirəsi, müəssisələrin birləşdirilməsi və.s.);
10. Əqli mülkiyyətin itirilməsi təhlükəsi; ( əmtəə nişanı, sənaye nümunələri, yeni ixtira və.s), sahibkarlıq sirrinin, niyyətinin, planının itirilməsi təhlükəsi;
11. İnzibati rıçaqların (qanunvericiliyin dəyişdirilməsi və ya əlavələr edilməsi, sahibkarlıq fəaliyyətinin tərəqqisini və sabitliyini təmin edən vəzifəli şəxsin digəri ilə əvəz olunması, cinayət təqibi və.s) itirilməsi;
12. Rəqabət aparan tərəflərin vicdansız hərəkətləri nəticəsində (maraqların lobbiçiliyi, operativ vergi, səyyar vergi yoxlamalarının «sifarişlə» təşkili, qiymət siyasətinin dəyişdirilməsi və.s.) baş verə biləcək təhlükələr;
13. Müəyyən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan xüsusi razılıq ala bilməmək və ya belə fəaliyyət üçün verilmiş xüsusi razılığın vaxtından əvvəl geri alınması təhlükəsi.