Avropa Şurasının Təsisatları
Avropa Şurasının formalaşmasında əsas tarixi hadisələr
19 dekabr 1954-cü ildə – Şuranın təhsil, mədəniyyət, gənclər və idman sahələrini əhatə edən «Avropa Mədəni Konvensiyası imzalanır;
16 aprel 1956-cı ildə iştirakçı dövlətlər tərəfindən xüsusi istiqamətli layihələrin həyata keçirilməsinə yardım məqsədilə «İşədüzəltmə Fondu» (hazırda Avropa Şurasının İnkişaf Fondu adlandırılır) yaradılır;
12 yanvar 1957-ci ildə Avropa Şurasının yerli və regional hökumətlərinin daimi Konfransı yaradılır. Hazırda Avropa dövlətlərinin yerli və regional konqresi adlandırılır;
18 sentyabr 1959-cu ildə Strasburqda Avropa Şurası tərəfindən «İnsan haqları üzrə Avropa Məhkəməsi yaradılır;
18 oktyabr 1961-ci ildə Turin şəhərində Avropa Şurasının «Avropa Sosial Xartiyası» imzalanır;
1 iyun 1972-ci ildə Strasburqda «Birinci Avropa Gənclər Mərkəzi» fəaliyyətə başlayır;
27 mart 1980-cı ildə narkotik vasitələrin qəbulu və qanunsuz dövriyəsinə qarşı «Pompida qrupu» yaradılır;
26 noyabr 1987-ci il də İşgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qoymanın qarşısının alınması haqqında Avropa Konvensiyası imzalanır;
8 iyun 1989-cu il Avropa Şurasının Parlament Assambleyası demokratiya yoluna qədəm qoymuş dövlətlərlə əlaqələri möhkəmləndirmək məqsədilə «xüsusi dəvət olunmuş qonaq statusu» haqqında qərar qəbul edir;
30 aprel 1990-cı ildə Lissabonda (Portuqaliya) Avropa Şurasının «Şimal-Cənub mərkəzi» açılır;
10 may 1990-cı ildə Avropa Şurası tərəfindən demokratiyanın qanunvericilik təminatçısı olan «hüquqi vasitələrlə demokratiya uğrunda Avropa Komissiyası» yaradılır;
8-9 oktyabr 1993-cü ildə Vyana şəhərində (Avstriya) «panavropa» başlanğıcının təsdiqi kimi yeni siyasi istiqamətin müəyyənləşdirilməsi, milli azlıqların hüquqlarının qorunması, millətçiliyin bütün formalarda təzahürünə, təqib və təsir altında yaşamağa, birgə yaşayış qaydalarına dözülməzlik hallarına qarşı birgə bəyannamə qəbul edilməsi ilə nəticələnən Avropa Birliyinin dövlət və hökumət başçılarının zirvə toplantısı keçirilir;
17 yanvar 1994-cü ildə yerli və regional hökumətlərin Nazirlər Kabinetinin daimi Konfransını əvəz edən «Avropa yerli və regional hökumətləri Konqresi yaradılır;
1 fevral 1995-ci ildə Avropa Şurası tərəfindən hazırlanmış «Milli azlıqların qorunması haqqında» çərçivə konvensiyası imzalandı;
15 dekabr 1995-ci ildə Budapeştdə Avropa Şurasının İkinci Gənclər Mərkəzi açılır;
4 aprel 1997-ci ildə insan haqları və biotibb sahəsində Avropa Konvensiyası imzalanır.
10 və 11 oktyabr 1997-ci ildə Strasburqda dövlət və hökumət başçılarının ikinci zirvə toplantısı keçirilir;
12 yanvar 1998-ci ildə «insan haqları və biotibb» sahəsində Avropa Konvensiyasına insanın klonlaşdırılmasını qadağan edən əlavə protokol imzalanır;
1 noyabr 1998-ci ildə 11 saylı protokola uyğun olaraq, Strasburqda İnsan haqları üzrə Vahid Məhkəmə yaradılır;
5 may 1999-cu ildə Avropa Şurasının 50 illik ildönümü keçirilir;
4 noyabr 2000-ci ildə İnsan haqları və əsas azadlıqlarına dair Avropa Konvensiyasının imzalanmasının 50-ci ildönümü qeyd olunur;
Avropa Şurasının mövcudluğu dövründə 3 dəfə - 1993-cü ildə Vyanada, 1997-ci ildə Strasburqda və 2005-ci ildə Varşavada sammit keçirilib.
Aşağıdakı dövlətlər qeyd olunan vaxtdan Avropa Şurasının üzvüdürlər: Böyük Britaniya (05.05.1049)
Danimarka (05.05.1949)
Fransa (05.05.1949)
Belçika (05.05.1949)
Lüksemburq (05.05.1949)
Niderland (05.05.1949)
İrlandiya (05.05.1949)
İtaliya (05.05.1949)
İsveç (05.05.1949)
Norveç (05.05.1949)
Türkiyə (09.08.1949)
Yunanıstan (09.08.1949)
İslandiya (07.03.1950)
Almaniya (13.07.1950)
Avstriya (16.04.1956)
Kipr (24.05.1961)
İsveçrə (06.05.1963)
Malta (29.04.1965)
Portuqaliya (22.09.1976)
İspaniya (24.11.1977)
Lixtenşteyn (23.11.1978)
San-Marino (16.11.1988)
Finlandiya (05.05.1989)
Macarıstan (06.11.1990)
Polşa (29.11.1991)
Bolqarıstan (07.05.1992)
Sloveniya (14.05.1993)
Litva (14.05.1993)
Estoniya (14.05.1993)
Slovakiya (30.06.1993)
Çexiya Respublikası (30.06.1993)
Rumıniya (07.10.1993)
Andorra (10.10.1994)
Moldova (13.07.1995)
Albaniya (13.07.1995)
Ukrayna (09.11.1995)
Makedoniya (09.11.1995)
Rusiya (28.02.1996)
Xorvatiya (06.11.1996)
Gürcüstan (27.04.1999)
Azərbaycan (25.01.2001)
Ermənistan (25.01.2001)
Bosniya və Hersoqovina (24.04.2002)
Serbiya (03.04.2003)
Monako (05.10.2004)
Çernoqoriya (11.05.2007)
Belorus 12.03.1993-cü ildən namizəd üzv dövlətdir.
Avropa Şurasının Nazirlər kabineti yanında müşahidəçi statuslu dövlətlər:
Vatikan (07.03.1970)
Kanada (29.05.1996)
Meksika (01.12.1999)
Amerika Birləşmiş Ştatları (10.01.1996)
Yaponiya (20.11.1996)
Avropa Şurasının Parlament Assambleyasında müşahidəçi statuslu dövlətlər:
İsrail (02.12.1957)
Kanada ( 28.05.1997)
Meksika 04.11.1999)
Avropa Şurasının rəsmi dili ingilis və fransız dilləridir.
Avropa Şurasının qarşıya qoyduğu məqsədlər:
1. insan haqları, demokratiya və qanunun aliliyinin qorunması;
2. Avropa mədəniyyətinə xas olan xüsusiyətlərin anlaşılmasına və inkişafına dəstək;
3. Sosial problemlərin (milli azlıqlar, təqib və təsir altında yaşamaq, birgə yaşayış qaydalarına dözümsüzlük, narkotik vasitələrin qəbulu və qanunsuz dövriyəsi, immun çatışmazlığı, ətraf mühitin qorunması və.s. sahələr üzrə) həlli üçün səmərəli yolların vasitələrin birgə axtarışı və qərar qəbul edilməsi;
4. Avropanın demokratiya yoluna qədəm qoymuş dövlətləri ilə siyasi müttəfiqlik əlaqələrinin inkişaf etdirilməsi;
5. Mərkəzi və Şərqi Avropa dövlətlərinə siyasi əməkdaşlıq, qanunvericilik və konstitusiya sahələrində islahatların keçirilməsində dəstək vermək.
Avropa Şurasının təsisatları
1. Nazirlər Kabineti - üzv dövlətlərin Xarici İşlər nazirlərindən və onların müavinlərindən təşkil edilmiş, (Nazirlər Kabinetinində Azərbaycan Respublikasını kimi xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir. Avropa Şurasında Azərbaycanın daimi nümayəndəsi 1 yanvar 2007-ci ildən etibarən Arif Məmmədovdur.) qanunverici və icra orqanıdır. Strasburqda yerləşir. Nazirlər Kabineti fəaliyyətini aşağıdakı istiqamətlərdə həyata keçirir:
- siyasi danışıqların aparılması;
- Avropa Şurasının Parlament Assambleyası ilə əlaqənin həyata keçirilməsi;
- yerli və regional hökumət konqresləri ilə əlaqələrin həyata keçirilməsi;
- konvensiya və digər razılaşmaların hazırlanıb imzalanması;
- Hökumətlərarası proqramların işlənib hazırlanması, qəbulu və həyata keçirilməsinə nəzarət;
- üzv dövlətlərin təkliflərinin qəbul edilməsi və ona münasibət bildirilməsi;
- büdcənin qəbul edilməsi;
- yeni üzv dövlətlərin qəbul edilməsi;
- Mərkəzi və Şərqi Avropa ölkələri ilə əməkdaşlıq proqramlarının işlənib hazırlanması;
-İnsan haqları və azadlıqlarına dair Konvensiyada nəzərdə tutulmuş müddəaların əməl olunmasına nəzarət;
- nazirlərin xüsusi iclaslarının keçirilməsinin təşkili və.s.
2. Parlament Assambleyası - 43 üzv dövlətin milli parlamenti və xüsusi dəvət olunmuş qonaq statusuna malik dövlətlərin parlament nümayəndələrindən ibarətdir. 301 üzvü var. Məşvərətçi orqandır. (Həmin orqanda Azərbaycan Respublikasını 6 nümayəndə və onların müavinləri təmsil edir. Nümayəndə heyətinin rəhbəri Səməd Seyidovdur.)
3. Avropa hakimiyyətinin yerli və regional konqresi - iki palatadan ibarətdir. Yerli və regional hakimiyyətin maraqlarını təmsil edən məsləhətçi orqandır. ( Azərbaycan Respublikasından 6 nümayəndə və onların müavinləri konqresdə təmsil olunur. Qrupun rəhbəri Anar İbrahimovdur.)
4. Beynəlxalq Katiblik - rəhbəri 5 illik müddətə seçilmiş Baş Katibdir. Avropa Şurasının orqanlarının işinə yardım göstərir. Hazırda baş katib avstriyalı Valter Şvimmerdir.
2. Sosial sahədə 23 əsas prinsipi əhatə edən Avropa Sosial Xartiyası – 1961-ci ildə; 3. Ailələrin birləşməsi hüququnu, ölkə vətəndaşları və əcnəbi vətəndaşların işə qəbulu zamanı hüquq bərabərliyini tanıyan «Əcnəbi vətəndaşların hüquqi vəziyyəti barədə konvensiya» 4. Sosial təminat sahəsində (pensiya təminatı, müavinətlər, tibbi yardım və.s.) vətəndaş hüquqlarının müdafiəsi meyarlarını müəyyənləşdirən «Sosial təminatın Avropa Kodeksi» 5. Hökumətlərarası əməkdaşlıq çərçivəsində təyinatı kişi və qadın bərabərliyini təmin etmək olan Baş komitənin yaradılması; 23.Şərqi və Mərkəzi Avropa dövlətlərində siyasi, konstitusiya, yerli orqanların, məhkəmə, ədliyyə, qanunların icrasına nəzarət müəssisələrinin və müxtəlif sahələrdə islahatların aparılması məqsədilə «Demosfen» «Femida», «Yerli demokratiya» mərkəzlərinin yaradılması; 25. İş yerlərinin artırılması, mənzil krediti verilməsi, qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə yönəldilmiş layihələrin həyata keçirilməsi məqsədilə Avropa Şurasının Sosial İnkişaf Fondunun yaradılması (1956-cı il) 1996-cı il iyulun 8-də Avropa Şurasının Azərbaycan Republikası ilə əməkdaşlıq Proqramının həyata keçirilməsi haqqında, 1998-ci il 20 yanvarında isə əməkdaşlığın genişləndirilməsi tədbirləri haqqında müvafiq sənədlər qəbul edilmişdir. Azərbaycan Republikası 25 yanvar 2001-ci ildə Avropa Şurasının həqiqi üzvlüyünə qəbul edildi. Azərbaycan Avropa Şurasına daxil olarkən bu qurumun demokratik öhdəliklərini yerinə yetirməklə yanaşı, həm də gələcəkdə tamhüquqlu üzv kimi Avropa Şurasının verdiyi imkanlardan bəhrələnmək sahəsində özünün milli proqramını hazırlamışdır. Proqramda başlıca məqsəd kimi aşağıdakılar nəzərdə tutulur: Mülki və siyasi hüquqların müdafiəsini nəzərdə tutan «Avropa Sosial Xartiyası» İnsan haqları və əsas azadlıqları barədə Avropa Konvensiyasına əlavə olunan sənəd kimi qiymətləndirilir. Avropa İnsan Haqları Məhkəməsi
5. İnsan haqqları üzrə Avropa Məhkəməsi – Konvensiyanın müddəalarına uyğun olaraq, ayrı-ayrı şikayətlərə və üzv dövlətlərin iddialarına baxır. Məhkəmənin qərarlarının icrasına Nazirlər Kabineti nəzarət edir. (1989-cu ilədək İnsan haqları Komissiyası və Məhkəmə fəaliyyət göstərmişdir. Həmin tarixdən 11 saylı protokolun tələblərinə müvafiq olaraq,bu orqanlar Avropa Məhkəməsi kimi vahid təsisatda birləşdirilmişdir.)
İnsan Haqları üzrə Avropa Məhkəməsi « İnsan haqları və əsas azadlıqlarına dair Avropa Konvensiyasına uyğun olaraq, 1959-cu ildə yaradılmışdır. Qeyd edildiyi kimi, Avropa Şurasına üzv dövlətlərin sayı az olduğundan 1989-cu ilədək fəaliyyət göstərmiş «İnsan haqları Komissiyası» və Avropa Məhkəməsi bu işlərin öhdəsindən gəlirdi. Qaydaya uyğun olaraq, şikayətə əvvəlcə İnsan haqları Komissiyası baxırdı. Məqbul hesab olunduğu təqdirdə, baxılması üçün Avropa Məhkəməsinə təqdim edilirdi. Lakin Avropa Şurası üzv dövlətlərin sayı artıqca artıq Məhkəmə sistemi daxil olmuş çoxsaylı şikayət ərizələrinə vaxtlı–vaxtında və keyfiyyətlə baxa bilmirdi. Həmin səbəbdən 11 may 1994-cü ildən (1 noyabr 1998-ci ildən qüvvəyə minmiş və bütün üzv dövlətlər üçün məcburi xarakter almışdır) 11 saylı protokolun tələblərinə müvafiq olaraq, İnsan Haqları üzrə Komissiya və Avropa Məhkəməsi birləşdirildi və Avropa Məhkəməsi vahid şəkildə fəaliyyətə başladı. İndi şikayət edən ayrı-ayrı fiziki şəxslər, qeyri hökumət təşkilatları, ayrı-ayrı insan qrupları öz şikayətlərini birbaşa Avropa Məhkəməsinə göndərmək hüququ əldə edirdilər.
Məhkəmənin hakimlərinin sayı Avropa Şurasına üzv dövlətlərin sayına bərabərdir. Belə ki, hər dövlətdən Avropa Məhkəməsinə 1 hakim 6 il fəaliyyət müddətinə seçilir. (Avropa Şurasının Parlament Assambleyası hər dövlətdən təqdim olunmuş 3 namizəd arasından hakimləri seçir.) Hakim 70 yaşından sonra istefa verməlidir. Məhkəməyə daxil olmuş şikayətlərə 3 hakimdən ibarət olan komitələrdə, 7 hakimdən ibarət olan Palatada və 17 hakimdən ibarət olan Böyük Palatada baxılır. İlkin baxış komitələrdə şikayətlərin «qəbuledilən» olub-olmaması məsələsini araşdırır və nəticə müsbət olduğu təqdirdə, şikayət mahiyyəti üzrə baxılması üçün palataya təqdim olunur. Əgər şikayətin «qəbuledilməz» olduğu barədə qərar qəbul edilibsə, bu qərar «dönməz» hesab edilir və qərardan əlavə şikayət verilə bilməz. Əgər komitədə «yekdil» fikrə gəlinməyibsə, 3 hakimdən hər hansı birinin fikrində ümumi mövqe ilə üst-üstə düşməyən fikir formalaşıbsa, onda şikayət baxılması üçün palataya təqdim olunur. Böyük Palatada işlərə Konvensiyanın və ona əlavə olunmuş protokolların izahı, tətbiqi ilə əlaqədar və ya əvvəlki Məhkəmə qərarının ziddiyyətli olması ilə fərqlənən və.s. məsələləri əhatə edən müraciətlər üzrə baxılır. İş Böyük Palataya işə baxılmanın istənilən mərhələsində hər iki tərəfin razılığı ilə verilə bilər. Böyük Palatanın qərarı yekun qərar hesab olunur. Üzv dövlətlər Məhkəmənin qərarının yerinə yetirilməsi öhdəliyini üzərlərinə götürmüşlər. Məhkəmə qərarlarının icrasına Avropa Şurasının Nazirlər kabineti nəzarət edir.
Avropa Şurası insan haqları və demokratiya sahəsində aşağıdakı mühüm sənədlər, konvensiyalar və razılaşmaların qəbul olunub həyata keçirilməsində iştirak edir:
1.Avropa Şurasının müstəqil ekspertləri tərəfindən Konvensiyaya qoşulmuş üzv dövlətlərin ərazisində seçmə yolu ilə həbs və istintaq təcridxanalarında yoxlamalar aparmağı nəzərdə tutan «İşgəncələrə qarşı konvensiya» - 1987-ci ildə;
6. 800-yaxın dərman vasitələrini, o cümlədən, insanlara və heyvanlara peyvənd edilməsini əhatə edən Avropa Farmakopeyasının (dərmanları hazırlamaq, yoxlamaq, saxlamaq və ya xəstəyə dərman yazmaq üçün riayət edilməli olan məcburi təlimat) yaradılması – 1964-cü ildə;...................7.
7. Avropa Şurası qan köçürmə Milli mərkəzlərinin, həmçinin Amsterdamda yerləşən nadir tapılan qan qruplarının dondurulmuş şəkildə saxlanma mərkəzinin yaradılması;......8.
8.Üzv dövlətlərin narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı fəaliyyətlərinin əlaqələndirlməsi məqsədilə «Pampida Qrupu» yaradılması - 1971-ci ildə;
9. Terrorçuluğa qarşı mübarizə, bu sahədə qarşılıqlı hüquqi yardımın göstərilməsi haqqında 1977-ci il Konvensiyasının qəbulu;
10. Məlumatların qorunması sahəsində, kompüter məlumatlarının qanunsuz istifadəsinin qarşısını almağa və bu sahədə vətəndaş hüquqlarının müdafiəsini nəzərdə tutan 1981-ci il Konvensiyasının qəbulu;
11. Kütləvi idman meydançalarında zorakılığın qarşısının alınması aktının qəbulu;
12. Təhsil, mədəniyyət, irsi dəyərlər, idman və gənclər sahəsində dövlətlərarası əməkdaşlığı nəzərdə tutan Avropa Mədəni Konvensiyasının (1954-cü il ) qəbulu;
13.Arxitektur və arxeoloji irsi qorumaq məqsədilə fəaliyyət prinsiplərini və əlaqələndirmə şərtlərini nəzərdə tutan Xüsusi Mədəni irsimiz Konvensiyasının qəbulu;
14. Arxitektur irsinin qorunub saxlanması məqsədilə, daş hörücüləri, daşyonanlar, xarrat və heykəltəraşların hazırlıq kurslarını həyata keçirən «Avropa bərpaçı ustalar Mərkəzi»nin yaradılması;
15. Hər kəs üçün ləyaqətli, təhlükəsiz və sağlamlıq üçün idman normalarını özündə cəmləyən «Avropa İdman və əxlaq kodeksi Xartiyası»nın qəbulu (1992-ci il);
16. İdmanda dopinqin qadağan edilməsini nəzərdə tutan Avropa Konvensiyasının qəbulu (1989-cu il);
17. Mərkəzi mənzil qərargahı və Fondu Strasburqda yerləşən Avropa Gənclik Mərkəzlərinin yaradılması (1972 və1995-ci il);
18. Canlı təbiətin və ətraf mühitin qorunması və bu məqsədlə «Naturopa» mərkəzinin yaradılması;
19. Yerli idarəetmə məsələlərini əhatə edən Avropa Xartiyası (1985-ci il);
20. Milli azlıqların dilinin qorunmasına yönəldilmiş Avropa Xartiyası (1992-ci il);
21. Televiziya sahəsində əməkdaşlığı nəzərdə tutan Avropa Konvensiyası (1989-cu il);
22. Cinayət yolu ilə (silah-sursat ticarəti, narkotik vasitələrin qanunsuz dövriyəsi, terrorçuluq və dələduzluq) əldə edilmiş çirkli pulların yuyulmasına qarşı Konvensiyanın qəbul edilməsi (1990-cı il), birja möhtəkirliyinə qarşı (insayderlərə) 1989-cu il Konvensiyasının qəbulu;
24. Bütün Avropa ölkələrinin diqqətinin müttəfiqliyə və əməkdaşlığa yönəldilməsini nəzərdə tutan Şimal-Cənub Mərkəzinin yaradılması (1990-cı il, Lissabon)
Azərbaycan-Avropa Şurası əlaqələri
1996-cı ildə Azərbaycan «xüsusi dəvət olunmuş qonaq» qismində Avropa Şurasına qəbul edildi
- Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqla Ermənistanın işğalçı siyasətini ifşa etmək, azərbaycanlılara qarşı həyata keçirilmiş Xocalı soyqırımı, torpaqlarımızın 20%-dən çoxunun erməni silahlı birləşmələri tərəfindən zəbt edildiyini bəyan etmək, hüquqları pozulmuş qaçqınların və məcburi köçkünlərin ağrılı-acılı həyatını dünya ictimaiyyətinin nəzərini cəlb etmək, bununla da, ölkəni cəlb olunduğu regional münaqişədən kənarlaşdırmaq, ərazi bütövlüyünü danışıqlar yolu ilə bərpa etmək;
- Avropa dövlətləri ilə diplomatik münasibətlərin yüksək səviyyədə qurulmasına nail olmaqla xarici siyasətinin beynəlxalq hüquq prinsipləri əsasında davam etdirilməsini təmin etmək.
Avropa Şurasının Azərbaycan Respublikası tərəfindən ratifikasiya olunmuş Konvensiya və razılaşmaları:
1.Avropa Şurasının Nizamnaməsi;
2.Avropa Şurasının imtiyaz və toxunulmazlığı barədə müqaviləsi (əlavə razılaşmalarla);
3.İnsan haqları və əsas azadlıqlarına dair Konvensiya;
4.Universitetlərə qəbul hüququ verən diplomların bərabərliyi haqqında Avropa Konvensiyası;
5.Avropa Mədəni Konvensiyası;
6.Üniversitetlərdə təhsil müddətinin bərabərliyi barədə Avropa Konvensiyası;
7.«Cinayət törətmiş şəxslərin verilməsi barədə (əlavə razılaşma ilə) Avropa Konvensiyası;
8.Universitet ixtisaslarının tanınması barədə Avropa Konvensiyası;
9.İnsan haqları və əsas azadlıqları Konvensiyasına əlavə 2, 3, 4, 7, 8, 9, 11 və 12 saylı protokolların qəbul olunması barədə razılaşma;
10.Arxeoloji irsin müdafiəsi haqqında Avropa Konvensiyası;
11.Terrorçuluğa qarşı Avropa Konvensiyası;
12. Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımın göstərilməsi barədə razılaşma;
13. Yerli idarəetmə haqqında Avropa Xartiyası;
14.İşgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qoymaya qarşı Avropa Konvensiyası;
15. Milli azlıqların qorunması haqqında çərçivə Konvensiyası;
16. Ombudsman barədə Konvensiya.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsində Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı qəbul olunmuş qətnamə layihəsində Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması tövsiyə olunub.
Avropa Sosial Xartiyası
Avropa Sosial Xartiyası 18 oktyabr 1961-ci ildə Turin şəhərində İtaliya, Kipr, Malta, Niderland, Norveç, Portuqaliya, Finlandiya və İsveç tərəfindən imzalanmışdır. (26 fevral 1965-ci ildə qüvvəyə minmişdir)
Xartiyanın əsas məqsədi sosial hüquqların səmərəli müdafiəsinə yönəldilmişdir. Sosial hüquqlara əmək hüququ, sağlamlığı qoruma şəraiti və təhlükəsizlik tədbirlərini əhatə edən əmək şəraiti hüququ, ədalətli haqq ödənilməsi hüququ, kişi və qadının bərabər əmək haqqı hüququ, kollektiv müqavilələr bağlamaq və əmək kollektivlərinin birləşmək hüququ (tətil hüququ da daxil olmaqla), sosial təminat hüququ, sosial və tibbi yardım almaq hüququ, ailə hüququ, əlililərin, mühacirlərin və onların ailə üzvlərinin hüququ, uşaqların və gənclərin qorunmasının və sair aiddir.
5 may 1988-ci ildə Xartiyaya aşağıdakı hüquqları nəzərdə tutan və «Charte-Rel» komitəsi tərəfindən bəyənilən yeni hüquqları əhatə edən əlavə protokol qəbul olundu. 5 dövlət – İtaliya, Niderland, Norveç, Finlandiya və İsveç bu protokolu imzalamışdır. Protokol 4 sentyabr 1992-ci ildə qüvvəyə minmişdir.
«Charte-Rel» komitəsinin yaradılması 5 noyabr 1990-cı ildə insan haqları üzrə nazirlərin qeyri-rəsmi görüşündə üzv dövlətlərin fəaliyyətinə nəzarəti gücləndirmək məqsədilə qərara alınmış və həmin ilin dekabr ayında yaradılmışdır. Komitənin iclaslarında «səs hüququ olmayan» Parlament Assambleya¬sının, Beynəlxalq Əmək Təşkilatının, Avropa Həmkarlar Konfransının, Avropa Zəhmətkeşləri Konfedera¬siyası və Sənaye Birliyi konfederasiyasının nümayəndələrinin iştirakı nəzərdə tutulurdu.
Əlavə protokolda aşağıdakı hüquqlar nəzərdə tutulmuşdu:
- haqqı ödənilən illlik məzuniyyətin minimum müddətini 2 həftədən 4 həftəyədək artıran ədalətli əmək şəraiti hüququ (mad.2);
- Xartiya ilə nəzərdə tutulmayan təhlükəli və əmək şəraiti ağır olan işlərə 18 yaşından aşağı uşaqların cəlb edilməməsini, uşaqların iş prosessində və işdən kənar müdafiəsini nəzərdə tutan hüquqlar (mad 7 və 17);
- işləyən hamilə qadınların hüquqlarının müdafiəsi (mad 8);
- peşə seçilməsi və məşğulluq sahəsində cinsi ayrı-seçkililik qoyulmadan, bərabər əmək şəraiti və imkanlarını nəzərdə tutan hüquqlar (mad 14);
- əlillərin cəmiyyətin həyatında müstəqil iştirakını və onların müdafiəsini nəzərdə tutan hüquqlar (mad.15);
- əmək müqaviləsi pozulanda müdafiə huququ, iş verənin təqsiri ucbatından baş vermiş şəraitlə əlaqədar zəhmətkeşlərin iddialarının təmin hüququ;
- işdə ləyaqətin qorunması hüququ;
- ailə vəziyyətindən asılı olmayaraq, zəhmətkeşlərin bərabər müraciət hüququ;
- zəhmətkeşlərin işdə zəruri imkanlarla təmin edilmək hüququ;
- işlədikləri müəssisədə zəhmətkeşlərin məlumatlandırılması və onlarla məsləhətləşmələr aparılması hüququ;
- müəssisələrdə istehsal və əmək şəraitinin müəyyən olunması, eləcə də, yaşlı şəxslərin sosial müdafiəsini, kolllektiv üzvlərinin ixtisarını və kollektiv işdən çıxarmanı nəzərdə tutan məsələlərin həllində iştirak hüququ;
- ictimai həyatdan təcrid olunmağı və yoxsulluğun aradan qaldırılmasını nəzərdə tutan hüquqlar.
Avropa Sosial Xartiyasının və onun əlavə protokolunun prinsiplərinə uyğun müddəaların özü üçün məcburi qüvvədə olduğunu hesab etməyən heç bir tərəf Avropa Sosial Xartiyasını və ya 5 may 1988-ci il tarixli protokolu ratifikasiya və ya qəbul edə bilməz.
20 üzv dövlət tərəfindən qəbul olunmuş Avropa Sosial Xartiyası 1995-ci ilin mart ayından sonra daha 7 dövlət - Macarıstan, Lixtenşteyn, Polşa, Rumıniya, Slovakiya, Çexiya və İsveçrə tərəfindən də imzalandı.
1992-ci ildən etibarən Avropa Sosial Xartiyasının müddəalarının yerinə yetirilməsinə nəzarət üzv dövlətlər tərəfindən hər iki ildən bir müntəzəm təqdim olunan milli hesabatlar əsasında aşağıdakı şəkildə həyata keçirilir:
- üzv dövlətlərin milli hesabatları Komitə tərəfindən 6 illiyə seçilmiş 9 müstəqil ekspert və Beynəlxalq Əmək bürosunun nəzarətçisi tərəfindən milli qanunvericiliyin Xartiyanın müddəaları və iş təcrübəsi ilə münasibətdə uyğunluğu təhlil edilir;
- sonradan üzv dövlətlərin nümayəndələrindən və iş təqdim edən təşkilatların və əmək kollektivlərinin nümayəndələrindən ibarət olan Hökumət Komitəsi hesabatlarda öz əksini tapan, müstəqil ekspertlərin və digər nümayəndələrin sosial və iqtisadi sahələrdə siyasəti və şəraiti əhatə edən fikirləri əsasında Nazirlər Komitəsi tərəfindən qəbul edilməsi üçün qərar lahiyəsi hazırlayır;
- nəhayət, Hökumət Komitəsinin və Nazirlər Komitəsinin hesabatları əsasında üzv dövlətlərin fəaliyyətini və bu fəaliyyətə nəzarəti əhatə edən dövr üzrə fərdi rəy və təkliflərdən ibarət olan qətnamə qəbul edilir. 7 oktyabr 1992-ci il tarixli 482 saylı direktiv əsasında Parlament Assambleyası nəzarət sistemindən çıxaraq Müstəqil ekspertlər Komitəsinin gəldikləri rəy əsasında sosial siyasətin müəyyənləşdirilməsi istiqamətində müzakirələr aparmaqla məşğul olur. Qeyd olunmalıdır ki, yeni protokola imza atmayan ölkələr (məsələn,Almaniya) xartiyanın ayrı- ayrı maddələri üzrə hesabat təqdim edir.
1996-cı ildə Avropa Sosial Xartiyası həyat şəraitinin dəyişməsi ilə əlaqədar yeni normaların xartiyaya əlavə edilməsi zərurətindən müəyyən dəyişikliyə (1999-cu ildə qüvvəyə minmişdir) məruz qaldı. Avropa Sosial Xartiyasında və ona əlavə qəbul olunmuş protokollarda nəzərdə tutulan hüquqlardan üzv dövlətlər ən azı aşağıdakıları öhdəlik kimi qəbul etməli idilər:
- əmək hüququ
- birləşmək hüquq
- uşaq və gənclərin müdafiəsi hüququ
- sosial təminat hüququ
- sosial və tibbi yardım almaq hüququ
- ailələrin sosial, iqtisadi və hüquqi müdafiəsi hüququ
- mühacirlərin və onların ailə üzvlərinə kömək və onların müdafiəsi hüququ
- cinsi ayrıseçkilik qoyulmadan məşğulluq hüququ.
Qeyd olunan hüquqların ən azı altısının qorunmasını üzv dövlət öhdəlik kimi üzərinə götürməli və onların qorunmasına zəmanət verməlidir. Bundan başqa, hər bir üzv dövlət əlavə protokollarla nəzərdə tutulmuş hüquqlarla da bağlı üzərinə öhdəliklər götürə bilər. Lakin bu halda nəzərdə tutulmuş 63 maddədən ən azı 16-sı ilə üzv dövlət öz bağlılığını bəyan etməlidir. Üzv dövlət üçün öhdəliyin yerinə yetirilməsinin məcburiliyi xartiyanı imzaladıqdan sonra deyil, yalnız müvafiq qaydada ratifikasiya olunduqdan sonra yaranır. Yalnız Xartiyanı imzalayan dövlətlərin ekspertləri hökumətlərarası yığıncaqlarında iştirak etmək və təcrübə yığmaq imkanı əldə edirlər.
Qeyd olunmalıdır ki, Xartiyanın müddəaları ictimai həyatın bütün iqtisadi və sosial sahələrini əhatə edir:
• Hər bir insan sərbəst şəkildə seçdiyi ixtisas üzrə öz zəhməti ilə yaşayış üçün qazanc əldə etmək imkanına malikdir.
• Bütün işçilər ədalətli əmək şəraiti hüququna malikdirlər.
• Bütün işçilər təhlükəsiz və sağlam əmək şəraiti hüququna malikdirlər.
• Bütün işçilər özlərinin və ailələrinin normal həyat səviyyəsi üçün yetərli olan ədalətli mükafatlandırma hüququna malikdirlər.
• Bütün işçilər və işəgötürənlər öz iqtisadi və sosial maraqlarının müdafiəsi məqsədilə milli və ya beynəlxalq təşkilatlarda sərbəst birləşmək hüququna malikdirlər.
• Bütün işçilər və işəgötürənlər kollektiv müqavilə bağlamaq hüququna malikdirlər.
• Uşaqlar və yeniyetmələr məruz qaldıqları fiziki və mənəvi ziyan təhlükəsindən xüsusi müdafiə hüququna malikdirlər.
• İşləyən qadınlar hamiləlik dövründə xüsusi müdafiə hüququna malikdirlər.
• Hər bir insan özünün şəxsi qabiliyyət və maraqlarına uyğun olaraq, peşə yönümü üçün lazımi imkanlar hüququna malikdir.
• Hər bir insan öz səhhətini mümkün qədər yaxşı vəziyyətdə saxlamağa imkan verən hər hansı bir vasitədən istifadə etmək hüququna malikdir.
• Bütün işçilərin və onların öhdəsində olanların sosial təminat hüququ vardır.
• Adekvat vəsaitləri olmayan hər bir şəxs sosial və tibbi yardım hüququna malikdir.
• Hər bir insan sosial rifah xidmətlərindən faydalanmaq hüququna malikdir.
• Əlillər müstəqillik, sosial inteqrasiya və ictimai həyatda iştirak etmək hüququna malikdir.
• Cəmiyyətin əsas özəyi olan ailə hərtərəfli inkişafını təmin etmək üçün müvafiq sosial, hüquqi və iqtisadi müdafiə hüququna malikdir.
• Uşaqlar və gənclər müvafiq sosial, hüquqi və iqtisadi müdafiə hüququna malikdir.
• Hər hansı bir tərəfin vətəndaşları hər bir digər tərəfin ərazisində onun vətəndaşları ilə bərabər əsaslarla, iqtisadi və ya sosial səbəblərin doğurduğu ciddi məhdudiyyətləri istisna etməklə, gəlir gətirən hər bir fəaliyyətlə məşğul olmaq hüququna malikdirlər.
• Hər hansı bir tərəfin vətəndaşları olan işçi-miqrantlar və onların ailə üzvləri hər bir digər tərəfin ərazisində müdafiə və yardım hüququna malikdirlər.
• Bütün işçilər cinsi əlamətə görə ayrı seçkiliyə məruz qalmadan məşğulluq sahəsində bərabər imkanlar və bərabər rəftar hüququna malikdirlər.
• İşçilər müəssisə daxilində məlumat almaq və məsləhətləşmək hüququna malikdirlər.
• İşçilər müəssisələrdə əmək şəraitinin və istehsal mühitinin müəyyənləşdirilməsində və yaxşılaşdırılmasında iştirak etmək hüququna malikdirlər.
• Hər bir yaşlı sosial müdafiə hüququna malikdir.
• Bütün işçilər məşğulluğun dayandırıldığı hallarda müdafiə hüququna malikdirlər.
• Bütün işçilər işəgötürənin ödəmə qabliyyətsizliyi halında onların iddialarının müdafiəsi hüququna malikdirlər.
• Bütün işçilər iş yerlərində onların ləyaqətinin qorunması hüququna malikdirlər.
• İşə girən və ya işə girmək istəyən, ailə öhdəlikləri olan hər bir şəxs heç bir ayrı-seçkiliyə məruz qalmadan və mümkün qədər öz işi ilə ailə öhdəlikləri arasında toquşma yaratmadan bunu etmək hüququna malikdir.
• İşçilərin müəssisələrdəki nümayəndələrinə zərər gətirən hərəkətlərdən onların müdafiə olunmaq hüququ var və onlara öz funksiyalarını həyata keçirilmək üçün müvafiq imkanlar yaradılmalıdır.
• Hər bir insan yoxsulluq və şəxsi təcriddən müdafiə hüququna malikdir.
• .Hər bir insan sanitar normalara cavab verən və münasib qiymətlərlə mənzilə sahib olmaq hüququna malikdir.
Bu hüquqlar sahələr üzrə belə qruplaşdırılır:
Mənzil sahəsində:
- ailənin tələbinə uyğun tikintinin aparılması;
- evsizlərin sayının azaldılması;
- hər bir insanın sanitar normalara cavab verən və münasib qiymətlərlə mənzil əldə etməsinə şərait yaradılması;
Səhiyyə sahəsində:
- hər bir insana səmərəli və asan nail olunan tibbi xidmət;
- ətraf mühitin qorunmasını təşkil etməklə xəstəliklərin qarşısının alnmasına yönəldilmiş siyasətin həyata keçirilməsi;
- peşə xəstəliklərinin aradan qaldırılması məqsədilə qanunvericiliklə və təcrübədə təhlükəsiz və sağlam iş şəraitinin yaradılması;
Təhsil sahəsində:
-15 yaşından aşağı şəxslərin işləməsinin qadağan olunması;
- pulsuz ibtidai və orta təhsil;
- peşə hazırlığı və ixtisasın artırılması;
- şəxsi keyfiyyətlər əsasında universititet və ali təhsil almağı nail olmaq imkanı;
Məşğulluq sahəsində:
- tam məşğulluğu əhatə edən sosial və iqtisadi siyasətin həyata keçirilməsi;
- sərbəst peşə seçməklə maddi cəhətdən həyatın təmin edilməsi;
- iş gününün, əmək şəraitinin və əmək haqqının ədalətli müəyyənləşdirilməsi;
- məcburi əməyin və ləyaqətin alçaldılmasına yönəldilmiş hərəkətlərin qarşısının alınması məqsədilə mübarizə aparılması;
- zəhmətkeşlərin sosial və iqtisadi hüquqlarını müdafiə edən azad həmkarlar ittifaqı təşkilatlarının və digər təşkilatların yaradılması və hər bir kəsin bu təşkilatlara daxil olmaq azadlığı;
- kollektiv danışıqların, birgə məsləhətləşmələrin aparılmasına, tətilllərin keçirilməsinə, ziddiyyətli məqamlarda barışıq üsullarına dəstək;
Sosial müdafiə sahəsində:
- sosial təminata, sosial yardıma və sosial xidmətlərlə bağlı olan hüquqlar;
- yoxsulluqdan müdafiə hüququ;
- yaşlı şəxslərin və ailənin qorunması üçün xüsusi tədbirlərin həyata keçirilməsi.
Sərbəst yerdəyişmə sahəsində:
- Avropa zəhmətkeşləri üçün mühacirət rejiminin sadələşdirilməsi;
- ailələrin birləşməsi hüququ;
- xarici qeyri-rezident şəxslərə zəruri hallarda təcili kömək və repatriasiya (vətənlərinə qaytarılması) edilməsinə yardım edilməsi;
- ölkədən sürgün edilmə hallarında prosedur təminatlar.
Ayrı-seçkiliyin ləğv edilməsi sahəsində:
- məşğulluqla əlaqədar qadın- kişi bərabərliyi;
- Bu Xartiyada ifadə edilmiş hüquqların yerinə yetirilməsi irqi mənsubiyyətinə, cinsinə, dilinə, dini, siyasi və digər məsləyinə, sağlamlığına, hər hansı milli mənsubiyyətinə,doğma və ya digər əlamətlərinə görə ayrı-seçkilik qoyulmadan təmin edilir. Obyektiv və məntiqi əsaslara söykənən fərqləndirici yanaşmaya ayrı-seçkiliyi pozan yanaşma kimi baxılmamalıdır. (Xartiyanın V fəsli)
Qeyd olunan hüquq və prinsiplərin reallaşması və onların səmərəli həyata keçirilməsi, qanunun müəyyən etdiyi və demokratik cəmiyyətdə digər şəxslərin hüquq və azadlıqlarının və ya dövlət mənafeyinin, milli təhlükəsizliyin, ictimai asayişin, insan sağlamlığının və mənəviyyatının qorunması üçün zəruri məhduduiyyətlər istisna olmaqla, bu hissələrdə müəyyənləşdirilməyən heç bir digər məhdudiyyətlərə məruz qala bilməz. Xartiyanın özündə ifadə olunmuş hüquq və öhdəliklərin icazə verdiyi məhdudiyyətlər, əvvəlcədən nəzərdə tutulmuş məqsədləri çıxmaqla, digər məqsədlərə tətbiq edilməməlidir.
1995-ci ildə imzalanması üçün açıq elan edilmiş protokol Xartiyanın müddəalarına əməl etməməklə əlaqədar «Sosial hüquqlar üzrə Avropa Komitəsi»nə kollektiv şikayəti nəzərdə tutur.
Xartiyanın «d» maddəsinə əsasən, kollektiv şikayətlərin verilmə sistemini nəzərdə tutan Avropa Sosial Xartiyasının Əlavə protokolunun müddəaları həm də qeyd edilən protokolu ratifikasiya etmiş dövlətlər üçün bu Xartiyanın müəyyən etdiyi öhdəliklərə tətbiq edilir.
Avropa Sosial Xartiyasının əlavə protokolu kollektiv şikayətlərin verilmə sistemini nəzərdə tutur. Protokolun özü üçün məcburi qüvvədə olduğunu hesab etməyən hər hansı bir dövlət öz ratifikasiya fərmanını və ya qəbul sənədini saxlanılmaq üçün Avropa Şurası Baş katibinə təqdim edir. Bu zaman protokolda nəzərdə tutulmuş prosedura uyğun olaraq, həmin dövlət tərəfindən ünvanlanmış bildiriş vasitəsi ilə qeyd edilən xartiya üzrə öhdəliklərə riayət edilməsi üzərində nəzarət qaydası qəbul edilir.
Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən 6 illik müddətə seçilmiş (əlavə 1 müddətə də seçilə bilər) 12 müstəqil üzvdən ibarət olan Sosial hüquqlar üzrə Avropa Komitəsi hüquq nöqteyi nəzərindən üzv dövlətlər tərəfindən üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsi (mad. 24) məsələlərinə nəzarət edir və kollektiv şikayətlərə baxır.
Sosial hüquqlar üzrə Avropa Komitəsinə müraciət etmək hüququ olan təşkilatlar:
1. Bu qaydaları qəbul edən bütün üzv dövlətlər üçün – Avropa Həmkarlar Konfederasiyası, Avropa Zəhmətkeşlərinin Sənaye Birliyi Konfederasiyası, Beynəlxalq Əmək Təşkilatı, Avropa Şurası yanında məsləhətçi status verilmiş və Hökumət Komitəsi tərəfindən siyahıya alınmış qeyri-hökumət təşkilatları, üzv dövlətlərin zəhmətkeşlərinin təşkilatları və həmkarlar ittifaqları;
2. Bu qaydalardan başqa əlavə qərar qəbul etmiş dövlətlər üçün – Milli qeyri-hökumət təşkilatları.
Bu komitəyə müraciət etmək üçün şəxsi hüquqların pozulması ilə əlaqədar dövlətdaxili səmərəli hüquq vasitələri tükənməsindən sonra müraciətin mümkünlüyü şərtləri və şikayətin verilməsi üçün konkret müddət nəzərdə tutulmur.
Sosial hüquqlar üzrə Avropa Komitəsinə şikayətin məzmunu və forması:
- Şikayət verən təşkilatın adı, ünvanı, şikayət vermək səlahiyyəti olduğunu təsdiq edən fakt və şikayətin ünvanlandığı qarşı dövlətin adı göstərilməlidir.
- Xartiyanın pozulmuş müddəalarına istinad məcburidir.
- Sənədlərlə təsdiq olunmuş şikayətin mahiyyəti və məzmunu qeyd olunmalıdır.
- Şikayət sərbəst və ya müəyyən olunmuş formulyar (şablon) əsasında ingilis və ya fransız dilində verilir. Əlavə qərar qəbul etmiş dövlətlər üçün üzv dövlətin rəsmi dilindən istifadəyə yol verilir.
Ərizə Komitə tərəfindən qəbul edildikdən sonra tərəflər arasında fikir aydınlığı üçün yazışma aparılır. Şikayət üzrə açıq dinləmələr də təşkil edilə bilər. Şikayət verildiyi tarixdən 4 ay müddətinə Nazirlər Kabineti tərəfindən şikayətə aid göstəriş rəsmi şəkildə dərc olunur.
Azərbaycan Respublikası dəyişikliklər edilmiş «Avropa Sosial xartiyası»nın (Strasburq, 3 may 1996-cı il) 1, 4, 5, 6, 7, 8, 9, 11, 14, 16, 20, 21, 22, 24, 26, 27, 28, 29-cu maddələri ilə bağlılığını bəyan etmişdir. Lakin Azərbaycanın bəyanatında Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilər azad olunanadək həmin ərazilərdə xartiyanın müddəalarının yerinə yetirilməsinə təminat verilmir.
Xartiya hər hansı bir tərəfin metropoliya ərazisində tətbiq olunur. Xartiyanı imzalayan hər bir hökumət Avropa Şurası Baş Katibinə metropoliyanın ərazisi qismində baxılmalı olan sahəni təsdiq edən ərizə göndərə bilər.
Avropa Sosial xartiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının qanunu 6 yanvar 2004-cü il tarixdə qəbul olunmuş, 1 fevral 2004-cü ildə isə dərc edilmişdir.
21594/93 saylı ərizə əsasında «Oğur Türkiyəyə qarşı» işi üzrə 20 may 1999-cu il tarixli Avropa Məhkəməsi qərarından, hakim cənab G.Bonellonun xüsusi rəyindən:
«…Məhkəmənin indi qəflətən presedent hüququnu tərsinə çıxarmasını, yaxud «ədalətlilik prinsiplərinin» bəzilərinin xeyrinə olduqda nəzərə alınmasını, digərlərinin xeyrinə olduqda isə kənara atılmasını anlaya bilmirəm… Görünür ki, Strasburq bazarında həyat ucuzlaşır, öldürmək isə son dərəcədə alverdir».
Ümümbəşər İnsan haqları bəyannaməsi əsasında Avropa Şurası tərəfindən qəbul olunmuş ilk sənəd 4 noyabr 1950-ci ildə Romada imzalanmış və 3 sentyabr 1953-cü ildə qüvvəyə minmiş «İnsan haqları və əsas azadlıqlarına dair Avropa Konvensiyası» oldu.
Hüquqi, dünyəvi və demokratik dövlətlərdə vətəndaşların əsas hüquqları və azadlıqları ən önəmli məsələlərdən biri hesab olunur və dövlətin əsas qanunu olan Konstitusiyada təsbit olunur.
Vətəndaşların əsas hüquq və azadlıqlarının həyata keçirilməsi və qorunması üçün qanunlar və hüquqi-normativ aktlardan ibarət qanunvericilik bazası yaradılmışdır. Əlbəttə, bu hüquq və azadlıqların həyata keçirilməsi, ilk növbədə, dövlətin milli mentalitetindən, demokratiya və iqtisadiyatın inkişaf səviyyəsindən asılı olaraq, müxtəlif dövlətlərdə müxtəlif şəkildə həyata keçirilir.
Məlumdur ki, 1995-ci ildə siyasi və mülki (fərdi) hüquqları nəzərdə tutan və məhkəmə hakimiyyətinin səlahiyyətlərinin və müstəqilliyinin ayrılmasına mandat verən Azərbaycan Respublikasının əsas qanunu - yeni Konstitusiya qəbul edilmişdir.
Azərbaycan ATƏT-ə üzv dövlət kimi qanunun aliliyi prinsipini rəhbər tutaraq 1990, 1991 və 1994-cü illərdə qəbul edilən Kopanhaqen, Moskva və Budapeşt sənədləri də daxil olmaqla, bir sıra sənədlərlə müəyyən olunmuş insan hüquqları standartlarına əməl etməyi öhdəlik kimi öz üzərinə götürmüşdür.
2001-ci ilin yanvar ayında Azərbaycan Respublikası Avropa Şurasına üzv qəbul edilmişdir. Avropa Şurasının üzvü kimi ona öz qanunvericiliyini Avropa standartlarına uyğunlaşdırmaq öhdəliyi aiddir. Azərbaycan Respublikası, eyni zamanda, İnsan haqlarına dair Avropa Konvensiyasına da qoşulmuşdur. Bu konvensiyada nəzərdə tutulmuş hüquqlar pozulduğu halda, daxili hüquq-müdafiə vasitələri tükəndikdən sonra Strasburqda yerləşən İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət etmək hüququ yaranır.
Son illərdə Azərbaycan Respublikasının ictimai həyatında baş verən köklü dəyişikliklər, ictimai, iqtisadi və siyasi dəyərlərin dəyişməsi bu sahəyə olan münasibəti də dəyişdirmişdir. Bu yeniləşmə vətəndaşların əsas hüquqları və azadlıqları sahəsinə də təsirsiz ötüşməmişdir.
Qanunvericilik sosial dəyərlərin qorunmasına istiqamətləndirilərək bu sahədə mühüm islahatların aparılması ilə nəticələnmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin «Məhkəmə sisteminin müasirləş¬dirilməsi haqqında» 19 yanvar 2006-cı il tarixli fərmanı məhkəmə sisteminin effektiv müasirləşdirilməsinə, məhkəmə hakimiyyətinin möhkəmləndirilməsinə, eyni zamanda, vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsinə və qorunmasına xidmət etməyi nəzərdə tutur.
Bundan əlavə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycanın yaşadığı yeni inkişaf mərhələsində insan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davam etdirilməsini zəruri hesab edərək, normativ-hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, beynəlxalq təşkilatlarla yeni əməkdaşlıq strategiyasının hazırlanması və həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətinin insan hüquqları təminatı baxımından təkmilləşdirilməsi, elmi-analitik işlərin stimul¬¬laşdırılması, hüquqi maarifləndirmə işinin genişləndirilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi kimi vəzifələrin müəyyən edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi üçün «Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında» 28 dekabr 2006-cı il tarixli 1880 saylı sərəncam imzalamışdır.
Avropa Şurasının üzvü kimi qanunvericiliyini Avropa standartlarına uyğunlaşdırmaq öhdəliyi götürən Azərbaycan Respublikası İnsan haqları və əsas azadlıqlarına dair Avropa Konvensiyasına bir sıra şərtlərlə qoşulmuşdur.
İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında konvensiyaya dair Azərbaycan Respublikasının bəyanatı:
- Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində konvensiyanın müddəalarının yerinə yetirilməsinə işğal olunmuş ərazilər azad olunana qədər təminat vermək iqtidarında deyildir (işğal olunmuş ərazilərin sxematik xəritəsi əlavə olunur).
İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında konvensiyanın 5-ci və 6-cı maddələrinə dair Azərbaycan Respublikasının qeyd-şərti:
- Konvensiyanın 57-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası konvensiyanın 5-ci və 6-cı maddələrinə dair belə bir qeyd-şərt irəli sürür ki, həmin maddələrin müddəaları Azərbaycan Respublikasının 23 sentyabr 1994-cü il tarixli 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin 48, 49, 50, 56, 57, 58, 59, 60-cı maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə ilə bağlı məhkəmədən kənar intizam cəzalarının tətbiqinə mane olmur.
Qeyd-şərtə əlavə:
- Azərbaycan Respublikasının 23 sentyabr 1994-cü il tarixli 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi («Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı», 1995, № 5-6, mad.93)
48. Əsgərlərə və matroslara:
... d) hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs... verilə bilər.
49. Müddətli xidmət çavuşlarına:
... ğ) hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs... verilə bilər.
50. Müddətindən artıq xidmət çavuşlarına:
... q) hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs... verilə bilər.
56. Bölük (4-cü dərəcəli gəmi) komandirinin:
... q) əsgərləri, matrosları və çavuşları 3 sutkayadək həbs etmək hüququ vardır.
57. Tabor (3-cü dərəcəli gəmi) komandirinin:
... q) əsgərləri, matrosları və çavuşları 5 sutkayadək həbs etmək hüququ vardır.
58. Alay (briqada) komandirinin:
... q) əsgərləri, matrosları və çavuşları 7 sutkayadək həbs etmək hüququ vardır.
59.Diviziya, əlahiddə briqada (gəmilər briqadası) komandirlərinin alay (briqada) komandirlərinə verilmiş hüquqlardan əlavə:
a) əsgərləri, matrosları və çavuşları 10 sutkayadək həbs etmək hüququ vardır.
60.Korpus komandirləri, qoşun növü, silahlı qüvvələr növlərinin komandanları, eləcə də, müdafiə nazirinin müavinləri onların tabeliklərində olan əsgərlər, matroslar və çavuşlar barədə bu Nizamnamənin müəyyən etdiyi intizam cəzaları tədbirlərindən tam həcmdə istifadə etmək hüququna malikdirlər».
İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında konvensiyanın 10-cu maddəsinin 1-ci bəndinə dair Azərbaycan Respublikasının qeyd-şərti:
- Konvensiyanın 57-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Konvensiyanın 10-cu maddəsinin 1-ci bəndinə dair belə bir qeyd-şərt irəli sürür ki, həmin bəndin müddəaları «Kütləvi informasiya vasitələri haqqında» 7 dekabr 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə uyğun təfsir və tətbiq olunacaqdır.
Qeyd-şərtə əlavə:
- «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 2, mad.82).
Maddə 14:
... Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində kütləvi informasiya vasitəsi təsis etməsi Azərbaycan Respublikasının bağladığı dövlətlərarası müqavilə ilə tənzimlənir. (Xarici dövlətin hüquqi şəxsi dedikdə, nizamnamə kapitalının və ya səhmlərinin 30 faizindən çoxuna sahib olan xarici dövlətlərin hüquqi şəxsləri və ya təsisçilərinin 1/3 hissəsindən çoxunun xarici dövlətin hüquqi şəxsi və ya vətəndaşı olan hüquqi şəxslər başa düşülür.)
İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında konvensiyanın 1saylı protokoluna dair Azərbaycan Respublikasının bəyanatı:
- Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində protokolun müddəalarının yerinə yetirilməsinə işğal olunmuş ərazilər azad olunana qədər təminat vermək iqtidarında deyildir.
İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında konvensiyanın 1saylı protokolunun 2-ci maddəsinə dair Azərbaycan Respublikasının bəyanatı:
- Azərbaycan Respublikası protokolun 2-ci maddəsinin ikinci cümləsini belə təfsir edir ki, bu müddəa dini təhsilin maliyyələşdirilməsi ilə bağlı dövlətin üzərinə hər hansı bir öhdəlik qoymur.
İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında konvensiyanın 4saylı protokoluna dair Azərbaycan Respublikasının bəyanatı:
- Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində protokolun müddəalarının yerinə yetirilməsinə işğal olunmuş ərazilər azad olunana qədər təminat vermək iqtidarında deyildir.
İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında konvensiyanın 6saylı protokoluna dair Azərbaycan Respublikasının bəyanatı:
- Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində protokolun müddəalarının yerinə yetirilməsinə işğal olunmuş ərazilər azad olunana qədər təminat vermək iqtidarında deyildir.
İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında konvensiyanın 7saylı protokoluna dair Azərbaycan Respublikasının bəyanatı:
- Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində protokolun müddəalarının yerinə yetirilməsinə işğal olunmuş ərazilər azad olunana qədər təminat vermək iqtidarında deyildir.
Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli, 236-IIQ nömrəli Qanunu ilə təsdiq edilmişdir.
Beləliklə, 25 yanvar 2001-ci ildən etibarən Azərbaycan Respublikasının vətəndaşları Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək imkanı əldə etmişlər.
Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) təyinatı İnsan Haqları Avropa Konvensiyasına qoşulmuş iştirakçı dövlətlər tərəfindən sazişin tələblərinə riayət etmək və onun icra olunmasını təmin etməkdən ibarətdir. Bu məqsədlə AİHM ünvanına daxil olmuş şikayətlər üzrə başlanmış və icraata qəbul olunmuş işlərə yüksək ixtisaslı hakimlərin iştirakı ilə baxılmasını və müvafiq qərar qəbul edilməsini təmin edir.
İndiyədək Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə təxminən 1600 şikayət göndərilib. Avropa Məhkəməsi Azərbaycanla bağlı ədalətli məhkəmə araşdırması hüququ, yığıncaq və toplaşmaq azadlığı, məhkəmə qərarlarının icra olunmaması, əmlak mübahisəsi və seçki prosesi məsələlərini əhatə edən 13 qərar qəbul edib.
Avropa Konvensiyasında nəzərdə tutulmuş hüquqlarının pozulması nəticəsinə gəlmiş istənilən fiziki şəxs, müəyyən insan qrupları, Qeyri-Hökumət Təşkilatı və həmçinin, hüquqi şəxslərin nümayəndələri Avropa Məhkəməsinə müraciət etmək hüququna malikdir.
Lakin Avropa Məhkəməsinə müraciət etməyin öz qaydaları və üsulları var. Bu qayda və üsullar aşağıdakı səbəblərdən təkcə ixtisaslı hüquqşünaslar üçün deyil, həmçinin, vətəndaşlar üçün də xüsusi əhəmiyyət kəsb edir.
Birinci: Konvensiyada bütün normalar ümumi halda xülasə edildiyindən onların mənası yalnız Avropa Məhkəməsinin təcrübəsində presedentlərdə öz şərhini tapır. Məsələn, konvensiyanın 6-cı maddəsində «Hər bir şəxsin mülki hüquq və vəzifələri müəyyənləşdirilərkən və ya ona elan olunmuş cinayət ittihamı üzrə hər hansı bir işə baxılarkən ədalətli, açıq, müstəqil, qərəzsiz və qanunla yaradılmış məhkəmə tərəfindən ağlabatan vaxt ərzində araşdırılma aparılması hüququ vardır».
«Ədalətli araşdırma», «açıq-aşkar araşdırma», «müstəqil məhkəmə» və ya «ağlabatan müddət» hansı mənada işlədilir. Bu və ya digər sualların cavabını yalnız Avropa Məhkəməsi təcrübəsi sənədlərində axtarıb tapmaq olar.
İkinci: Azərbaycan Respublikası vətəndaşları Avropa Şurasına daxil olan digər ölkələrin vətəndaşları kimi İnsan Haqları Avropa məhkəməsinə müraciət etmək hüququ əldə etmişlər. Avropa Məhkəməsi öz qərarlarını, qeyd edildiyi kimi, məhkəmə presedentləri əsasında qəbul edir. Yəni, əvvəlki məhkəmə qərarlarında gəlinmiş nəticələr və hüquq normaları yeni məhkəmə qərarlarında da tətbiq olunur. Bu səbəbdən Avropa Məhkəməsi presedentlərini bilmədən yüksək səviyyədə hüquqların müdafiəsini axtarmaq mümkün deyil.
Üçüncü: Avropa Məhkəməsi vurulmuş ziyanın qarşılığının ödənilməsini tələb etməkdən başqa, işlərin dövlətdaxili məhkəmədə yenidən baxılması, qanunvericiliyə müəyyən dəyişiklik edilməsi təkliflərini də verə bilər. Bu o deməkdir ki, Avropa Məhkəməsinin presedent hüquq normalarının milli qanunvericiliyimizə birbaşa təsiri olmasa da, « İnsan haqları və əsas azadlıqları konvensiyası» (və razılaşdırılmış protokollar çərçivəsində) ilə əhatə olunmuş hüquq və azadlıqlar üzrə qəbul olunmuş məhkəmə presedentlərinin milli qanunvericiliyimizə dolayısı təsiri və tətbiq qüvvəsi mövcuddur.
Təəssüflə qeyd etməliyik ki, bu məlumat sahəsinə bağlılıqla əlaqədar Azərbaycan Respublikası vətəndaşları üçün sevindirici heç nə yoxdur. Belə ki, Avropa Məhkəməsinin qərarları ingilis və fransız dillərində nəşr olunur. Rusiya Federasiyasında bu qərarlar «Rossiyskaya vesti», «Qrajdanin i pravo» jurnallarında, Avropa Şurasının Məlumat Mərkəzinin saytında (www.coe.ru.) dərc olunsa da, məlumatlar hərtərəfli deyil. Həmçinin, 2001-ci ildə "Kompaniya Qarant" tərəfindən Avropa Məhkəməsinin seçilmiş qərarlarını əhatə edən kompakt disk buraxılmışdır.Azərbaycanda «Avropa Şurasının İnformasiya Ofisi»nin rəhbərliyi ilə Konvensiyanın 2, 3, 5, 6-cı maddələri ilə və 1 saylı protokolun 1, 8, 9, 10, 11 və 50-ci maddələri ilə bağlı seçilmiş qərarlar 2004-cü ildə (hər biri 2000 nüsxə olmaqla, 2 kitab şəklində) azərbaycan dilində çap olunmuşdur.